Əli Abbasovun 1 milyonu oğurlanıb? - Eks-nazir danışdı

Əli Abbasovun 1 milyonu oğurlanıb? - Eks-nazir danışdı
  13 Fevral 2016    Oxunub:2852
Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən oğurluq edildiyi barədə informasiyalar yayılıb.
Məlumata görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb.

Eks-nazir barəsində yazılan məlumatlarla bağlı Ans-ə açıqlama verib. O, evindən oğurluq olmadığını, yayılan informasiyaların yalan olduğunu deyib.

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə edib ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti