Elgiz və Xoşqədəmin verilişləri bağlanır

Elgiz və Xoşqədəmin verilişləri bağlanır
  30 İyun 2015    Oxunub:4745
ANS-in Bədii-Publisistik Verilişlər Departamentinin ərsəyə gətirdiyi layihələr mövsümə yekun vurur. Yaradıcı heyətin sonuncu efiri sabahdır. Bununla da verilişlər final mövsümunə çıxır.

Aparıcı Elgiz Əkbər deyir ki, yeni mövsümündə “Günabaxan” verlişində yeniliklər olacaq, ab-hava tamamilə dəyişəcək, veriliş daha maraqlı bir şəkildə insanların nəzərinə çatdırılacaq.

Ölkə üzrə reytinqlərin önündə gedən “Axtarıram səni Xoşqədəmlə” komandası da sabah və həftə sonu son verilişlərini təqdim edəcəklər. Yeni mövsümdə yeniliklərlə Xoşqədəm Hidayətqızı yenidən ANS-in efirində qarşınızda olacaq.

“Axtarıram səni Xoşqədəmlə” verlişində bəzi dəyişikləri olacaq. Bununla yanaşı “Sən tək deyilsən” çox fərqli bir şəkildə tamaşçıların qarşısına çaxacaq. Yəqin ki, bir həftə ərzində istirahət edəcəyik. Qalan bütün yayı isə çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq, uğurlu alınacaq”, – deyə aparıcı Xoşqədəm Hidayətqızı bildirib.




Teqlər:





Xəbər lenti