Eldəniz Quliyevə hökm oxundu - 480 saat iş, 1000 manat cərimə

Eldəniz Quliyevə hökm oxundu - 480 saat iş, 1000 manat cərimə
  30 Oktyabr 2014    Oxunub:1952
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinorejissor Eldəniz Quliyevin məhkəmə prosesi keçirilib.

Prosesdə məhkəmənin qərarı elan olunub. Məhkəmənin qərarı ilə E.Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunub və 1000 manat cərimələnib. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılıb.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.

İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bir müddət əvvəl mətbuatda R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmiş, bu zaman polis barədə sərt ifadələr işlətmişdi.(virtualaz.org)


Teqlər:  





Xəbər lenti