Eldar Namazov siyasətdən gedir?

Eldar Namazov siyasətdən gedir?
  03 Sentyabr 2015    Oxunub:5359
Vaxtilə Milli Şuranın əsas `lider`lərindən olan “El” hərəkatının sədri Eldar Namazov çoxdandır gözə görünmür. Daha doğrusu, Namazov prezident seçkilərindəki fiaskodan sonra siyasi səhnədən xeyli uzaqlaşıb. Əvvəlki kimi, o,mətbuata çıxmır, siyasi iddialı, pafoslu çıxışlar etmir, “ofisimizə polis basqın edib” deyə ənənəvi ittihamlar səsləndirmir.

Bir sözlə, Namazov sanki qeybə çəkilib.

Namazovun gözlənilməz susqunluğu onunla bağlı müxtəlif fikirlərin yaranmasına gətirib çıxarır. Hətta bir müddət öncə onun Azərbaycanı tərk edəcəyi, siyasətdən gedəcəyi haqda da məlumat yayılmışdı.

Həmin gün əməkdaşımızla telefon danışığında ölkə xaricində olduğunu deyən “El” rəhbəri qaçış xəbəri yayılan kimi digər bir mətbuat orqanına açıqlama verərək Azərbaycanda olduğunu demişdi.

Sözləri bir-birini tamamlamayan Namazov, böyük ehtimalla 2013- cü il seçkilərindəki ağır məğlubiyyətdən sonra reallığı qəbul edib, üzüsulu siyasətdən getmək qərarına gəlib.

Parlament seçkilərinə doğru yaxınlaşdıqca, Namazovun gözdən itməsi də onun siyasətdən getməsinə dəlalət edir.

Axı, Eldar Namazov haradadır? O parlament seçkilərində iştirak etməyəcək?

Bu suallara cavab tapmaq üçün cənab Namazova zəng etdik. Eldar bəy suallarımıza cavab vermək biryana, ümumiyyətlə mətbuata qadağa qoyduğunu dedi: “Bağışlayın, mən artıq mətbuata danışmaq, açıqlama vermək istəmirəm”.

Bir siyasətçinin, xüsusən də seçkiqabağı özünə elektorat toplamaq üçün mətbuata hava, su kimi ehtiyacı olan liderin mediaya qadağa qoyması, vaxtilə zəng vurub “xahiş edirəm, bu xəbəri verin”-deyə yaxınlıq etdiyi jurnalistlərdən qaçışı onun siyasi fəaliyyətinin bitməsindən xəbər verir. Bu konteksdə Namazovun siyasətdən gediş xəbəri özü etiraf etməsə də reallığı əks etdirir.

Görünür, Namazov səssiz-səmirsiz siyasətin daşını atıb, önəmli təbdirlərinə davam edəcək. (Eldar Namazov adətən yeyib-içmək məclislərini jurnalistlər zəng edərkən tədbirdəyəm deyə qələmə verir-red).

AzVision.az


Teqlər:  





Xəbər lenti