Eldar Mahmudovun daha bir `qurbanı` - Xədicə İsmayıl azadlığa buraxıldı

Eldar Mahmudovun daha bir `qurbanı` - Xədicə İsmayıl azadlığa buraxıldı
  25 May 2016    Oxunub:24031
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova azadlığa buraxılıb.

AzVision.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, Xədicə İsmayıl da MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun qurbanlarından biri idi.

Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan X.İsmayılova 7 il 5 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti