Eks-müşavirindən Əli Kərimliyə ağır İttiham

Eks-müşavirindən Əli Kərimliyə ağır İttiham
  23 Oktyabr 2014    Oxunub:2924
“Hər gün Əli Kərimlinin ətrafından təzyiq və təhdid dolu məktublar alıram”

AXCP-də istefalar yenidən vüsət alıb. Şakir Abbasovun ardınca, Ali Məclis üzvü İslam Mahmudov da istefa Verdi. Bu istefalar fonunda partiyadan daha əvvəllər istefa vermiş insanlar da yaranmış olaya münasibət bildirməyə başlayıb. AzVision.az xəbər verir ki, vaxtilə AXCP-də müşavir vəzifəsini tutan və qısa zaman sonra istefa verən Zərifə Məhəddinova Yenicag.az-a müsahibəsində bir çox mətləbə toxundu.

- Siz niyə AXCP-də müşavir olan kimi tez də partiyadan ayrıldınız, səbəb nə idi?

– Kimi həqiqətləri görməyə 25 il sərf edir , kimi də 3 il. Bu fərdidir hər kəsdə.

- Yəni sizə 3 il bəs etdi həqiqətləri görməyə?

– Əslində daha az . Cünki, köhnə “zakalkalar ” var idi . Bir dəfə yaşamışdım bu prosesi. Onda sadəcə bir pərdə aralı idim.

- Ümumiyyətlə dediyiniz bu həqiqətlər nədən ibarət idi ki?

– Ləyaqətli və şərəfli bir insan olan Şakir bəy, bu həqiqətlərin bir qismini acıqlayıb da. Kiçik bir qismini . Baxın ona olan təzyiqlərə, təhdidlərə, böhtanlara!

- Siz dediniz Şakir bəy bir qismini açıqlayıb, zəhmət olmasa digər bir qismini də, siz açıqlayın?

– Yaşamaq şirindir, qardaşım! Hər gün Əli Kərimlinin ətrafından aldığım təzyiq və təhdid dolu məktublar bunu deməyə əsas verir.

- Təşkilatda təmsil olunanda sərt və müstəqil fikirlərinizlə yadda qalmısınız. Olmaya sizə qarşı olan böhtanlar da buna görə olub?

– Mən mübarizə aparmışam, imitasiya yapmamışam.

- Niyə sizin kimi mübariz xanıma təşkilatda belə ögey münasibət bəslədilər?

– Tələblər başqa idi.

- Hansı idi ki?

– Qəbul edə bilməyəcəyim.

- Bu başqa dediyiniz tələblər 1-ci şəxsdən gəlirdi, yoxsa?

– Nə fərqi var ki? Özündən və yaxud yaxın çevrəsindən. Sonda qərarı verən hər zaman birinci olur. Bilirsinizmi bu nəyə bənzəyir? Birinci yaxşıdı, ətrafı pis və yaxud əksinə.

- Partiyadan bəzi şəxslərin sizinlə bağlı mənfi fikirlər danışdığı bildirilir. Sizcə o bunu özbaşına edir, yoxsa, partiyadan kimlərsə öyrədir, onu?

– Mənim hec vaxt , hec kimsə ilə şəxsi qərəzliyim və şəxsi münasibətim ola bilməzdi .Yəni düşmənçiliyim ola bilməzdi. Bu bir pərdədir ki, əsl həqiqətlərin üstünü örtmək üçün istifadə olunur.

- Bəs bu pərdəni cırıb əsl həqiqətləri ortaya tam çıxarmağa necə baxırsınız?

– Bunu kişilərin öhdəsinə buraxıram! Cox da əzməyim onlari.

- Asəf Quliyevi də AXCP-dən sizin ayırdığınız iddia olunur. Yəni onun da istefasında sizin rolunuzun olduğu söylənilir.

– Bəs Asəf Quliyevdən sonra gedənləri? Onları da mən apardım?

- AXCP-də gedənlərin arxasınca, orada qalanlar tərəfindən alçaldıcı fikirlər səsləndirmək nə adətdir belə, bu təşkilatda özünə yer alıb?

– Adət yox , xislətdir.

- Fuad Qəhrəmanlı partiyadan hər istefa verənə xain deyir. Buna necə baxırsınız, məgər gedənlər xain olur,əsl xain kimdir, sizcə?

– Xeyr, çox vaxt xainliyi gəlib görənlər, gedir. Barışa bilmədikləri üçün. Hər hansı bir partiyada, hər hansı bir təşkilatda hec bir sıravi , hec bir müşavir və yaxud müavin əsas xain, əsas satqın ola bilməz . Əsas olan hər hansı bir təşkilatın birinci şəxsidir. Əsas onun dürüstlüyü və ədaləti göstərici ola bilər. Əsas olan birincinin xain olmamasıdir, məncə.

- Sizcə niyə Fuad Qəhrəmanlı gedənlar haqda belə deyir?

– Özündən soruşun, niyə belə deyir. Yəqin ki, məhkəməsiz sübutsuz, dəlilsiz gedənləri satqın, xain adlandırmaq, belə bəyanatlar vermək üçün yalnız MTN-nin arxivinə əsaslanmaq olar . Ola bilər ki, bəzilərinin yaxşı əlaqələri və açarları var, o arxivlərə.

- O həmçinin bu günlərdə Müsavatçı İkram İsrafil oğlunun toyuna YAP-çı deputatı dəvət etdiyinə görə onları da xain adlandırıb. Bu nə düşüncə tərzidir?

– Mən ümumiyyətlə toyu, yası, qonşuluq, dostluq münasibətlərini siyasiləşdirib, buna eybəcər donlar geyindirməyin əleyhinəyəm. Məgər, AXCP-də digərlərinin bu gün iqtidarda önəmli postlar tutan qohum əqrəbası yoxdurmu? Və yaxud onlar bu əlaqələrdən imtinamı ediblər? Yəni qohumlarını toya, yasa dəvət etmirlərmi? Mənim hər hansı bir qohumum YAP-ın üzvüdürsə, məsələn deyirəm, əqidəmi paylaşmırsa, onunla qohumluq əlaqəmi kəsməliyəmmi? Bu düşüncə tərzi ölkəni, cəmiyyətimizi hara aparıb çıxarar?


Teqlər:  





Xəbər lenti