Eks-deputatın qardaşı qəza törətdi - FOTOLAR

Eks-deputatın qardaşı qəza törətdi - FOTOLAR
  26 İyul 2016    Oxunub:3289
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əliqulu Nərimanov və Əzizbəyov küçələrinin kəsişməsindəki işıqforda baş verib.

Belə ki, “Opel” markalı, 99 EU 568 dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai” markalı, 50 CM 558 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

“Opel”in sürücüsü Valeh Saleh oğlu Osmanov yüngül xəsarət alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mikroavtobusun sürücüsü Anar Ağalı oğlu Şeydayev isə xəsarət almayıb. Hər iki şəxs Quba şəhər sakinidir.

Qeyd edək ki, Valeh Osmanov Milli Məclisin sabiq deputatı Hikmət Osmanovun qardaşıdır.





AzVision.az


Teqlər:  





Xəbər lenti