Əfv edilənlərdən biri tanınmış futbolçudur

Əfv edilənlərdən biri tanınmış futbolçudur
  29 Dekabr 2015    Oxunub:7433
Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslərdən birinin futbolçu olduğu müəyyənləşib.
Bu, hazırda "Zirə" klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.

Sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Futbolçu "Bakı"da çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olub. Bununla belə, N.Novruzova qarşı cinayət işi qaldırılıb. Klubun da müraciətindən sonra ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitiminə təqribən 3 ay qalmış əfv olunub.

Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub. (report.az)


Teqlər:  





Xəbər lenti