Əfsanəvi müğənni vəfat edib - (VİDEOXƏBƏR)

Əfsanəvi müğənni vəfat edib - (VİDEOXƏBƏR)
  26 Dekabr 2016    Oxunub:4919
Məşhur britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ifaçı öz evində dünyasını dəyişib.

Müğənninin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından vəfat edib.

Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.

Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə "Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu albomu ("Symphonica") 2014-ci ildə çıxıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti