21 YANVAR 2017 9+12 Bakı 1+6 Xankəndi 6+11 Xaçmaz 6+11 Bərdə 5+0 Lənkəran 7+12 Naxçıvan 7+12 Gəncə 9+12 Sumqayıt 1+6 Kəlbəcər 1+6 Laçın 1+6 Qubadlı 1+6 Şuşa 7+12 Ağdam Zəngilan 7+12 Cəbrayıl 7+12 Füzuli 6+11 Şəki

Ədliyyə Nazirliyi 10 yaşlı Nurayla bağlı məlumat yaydı

Tarix 07.01.17, 20:32

Font ölçüsü : - / +


Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb.

AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir:

- Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.

Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.

Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməyib, icradan qərəzli yayınıb, N.Bayramzadənin yerini gizli saxlayıblar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb.

Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 2016-cı il dekabrın 7-nə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.

Video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcək.

AzVision.az


Xəbərin oxunma sayı : 10778


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 1465

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Lapşin İlham Əliyevdən üzr istədi `Üzən məzənnə` necə olur? – TƏHLİL `Poçtumu sındırıb, AŞPA-ya məktub yazıblar` - Qalmaqal böyüyür Moldova Ombudsmanı Sülh Platformasına qoşuldu Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq Obama nə ilə yadda qaldı? - Siyasi şərh Obama dövrü bitdi - GÜNÜN FOTOLARI MHP liderindən Azərbaycana dəstək - `Recep İvedik`ə etiraz `Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir` - Prezident Belarus qərar verdi - Lapşin Azərbaycana verilir Niyə ABŞ 20 yanvara münasibət bildirməmişdi – TƏHLİL Ölümündən sonra anasına səbr diləyən şəhid şair – MÜSAHİBƏ+VİDEO SENSASİON SƏNƏD: Qarabağ münaqişəsini Qorbaçov yaradıb Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR ABŞ üçün tarixi gün - 200 milyonluq andiçmə, Tramp dövrü başlayır AZAL 90 nəfəri `qara siyahı`ya saldı 20 Yanvar faciəsindən 27 il ötür Azərbaycan QHT-lərindən AŞPA prezidentinə müraciət CİA arxivlərindən şok sənəd: Ermənistanda gizli atom bombası zavodu var AŞPA-ya göndərilən məktubda daha bir imza saxta çıxdı Azərbaycan Rusiyadan yeni silahlar alacaq - Prezident CİA ABŞ rəhbərliyini Qarabağla bağlı necə aldadıb? – ARXİV SƏNƏDLƏRİ Sosial şəbəkələrin, bloqqerlərin fəaliyyəti qanunla tənzimlənəcək `Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır` - Prezident (Yenilənib) Rusiya Qafqazda `balaca bir müharibə` istəyir? – TƏHLİL `Babamın məzarının tapılmamasının bir tilsimi var` - Almas İldırımın nəvəsi (MÜSAHİBƏ+VİDEO) Poroşenkodan Ermənistana Qarabağ zərbəsi AŞPA-ya məktub oyunu: İmzalayanlar `Heç bir sanksiya olmamalıdır` deyirlər Bu ölkələrdə vətəndaşlıq pulla satılır - SİYAHI Hava yenidən pisləşəcək, qar yağacaq - Xəbərdarlıq

XƏBƏR LENTİ