Əcnəbilərin sayı 22 mini keçib

Əcnəbilərin sayı 22 mini keçib
  22 Dekabr 2014    Oxunub:1118
İIin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə çatıb. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388 nəfər) isə qadınlar təşkil edir. Sistemdə ümumilikdə 104 ölkənin vətəndaşları qeydiyyatdadır. Əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşlarının( 11 815 nəfər) payına düşür. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 269 nəfərə çatıb.


Teqlər:





Xəbər lenti