Əbülfəs Qarayevin yeni işçiləri - Siyahı

Əbülfəs Qarayevin yeni işçiləri - Siyahı
  30 Oktyabr 2014    Oxunub:2208
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən kollegiyanın sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Kollegiyanın üzvləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanovdur.


Teqlər:





Xəbər lenti