Əbülfəs Qarayev Taleb Rifai ilə görüşüb

Əbülfəs Qarayev Taleb Rifai ilə görüşüb
  29 May 2015    Oxunub:1359
Mədəniyyət və turizm naziri Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Taleb Rifai ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Xorvatiyanın Rovinj şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası çərçivəsində baş tutan görüşdə təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Nazir UNWTO–nun ölkəmizdə keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.

İcraiyyə Şurasının açılış mərasimində iclasın sədri, Yamaykanın turizm naziri, Xorvatiyanın turizm naziri, UNWTO-nun baş katibi Taleb Rifai, keçmiş baş katiblər, Turizm Etika Komitəsinin sədri çıxış edib, 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunması istiqamətində müzakirə aparıblar.


Teqlər:  





Xəbər lenti