Ebola dərdinə çarə tapıldı

Ebola dərdinə çarə tapıldı
  01 Avqust 2015    Oxunub:2421
Kanada hökümətinin dəstəyi ilə aparılan tibbi eksperementlər nəticəsində "Merck&Co" şirkətinin mütəxəssisləri ölümcül Ebola virusuna qarşı təsirli vaksin hazırlayıblar.
"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, vaksin Qvineyada 7.5 min nəfərin üzərində sınaqdan keçirilib.

Dünya Səhiyyə Təşkilatının nümayəndələri bildirib ki, yeni vaksin vəziyyəti bütövlüklə dəyişə bilər. Hazırda xəstəliyin müalicəsi və yoluxmanın qarşısını almaq üçün vaksindən dərman hazırlanma mərhələsindədir.

Virus, əsasən, Liberiya, Qvineya, Sierra-Leone və Nigeriyada geniş yayılıb. İndiyə qədər 11 mindən çox insan epidemiyadan ölüb.

Ölüm halları, eyni zamanda, Konqo Demokratik Respublikası, Seneqal, İspaniya və Amerika
Birləşmiş Ştatlarında da qeydə alınıb.


Teqlər:





Xəbər lenti