ELSA-nın Qarabağ nümayəndəliyi yaradıldı

ELSA-nın Qarabağ nümayəndəliyi yaradıldı
  31 Oktyabr 2014    Oxunub:2475
Dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bodrumda 66-cı Beynəlxalq Şura Toplantısı keçirilib.

Beynəlxalq Şura Toplantısında ELSA-nın Azərbaycan nümayəndəliyi 13 üzvdən ibarət heyətlə təmsil olunub. Tədbirdə ELSA-nın yerli bölmələrinin fəaliyyəti üzrə hesabatlar dinlənilib, spesifik olaraq insan hüquqlarının təşviqi və müdafiəsi, təşkilati və idarəetmə bacarıqları, layihələrin həyata keçirilməsi və s. mövzular müzakirə edilib.

Tədbirdə həmçinin gənclərimiz ELSA Azərbaycanın tərkibində ELSA Qarabağ lokal qrupunun yaradılması təşəbbüsü ilə çıxış ediblər. Onlar bu addımı Qarabağdan olan üzvlərin təşkilatda aktiv təmsil olunması və bu addımın onların birbaşa hüquqlarının təmin olunacağı ilə əsaslandırıblar. Bununla bağlı keçirilən müzakirələr zamanı tələbələrimiz Qarabağın Azərbaycan Respublikasının ərazisi olmasını, Birləşmiş Millətlər Təşkilatının müvafiq Qətnamələrini və ELSA Qarabağın fəaliyyətinin heç kəsin maraq və hüquqlarına xələl gətirmədiyini bildiriblər. Artıq ELSA Qarabag nümayəndəliyi fəaliyyətə başlayıb.



Qeyd edək ki, ELSA-nın ali icra orqanı olan Beynəlxalq Prezidentlərinin Ümumi Yığıncağı (İPM) 2015-ci ilin fevral ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbir ELSA-ya üzv 41 ölkədən olan ELSA prezidentlərin iştirakı ilə baş tutacaq.

ELSA 1981-ci ildə avropalı hüquqşunas tələbələr tərəfindən yaradılıb və bu gün 41 üzv ölkə və 40000-dən çox üzvü ilə dünyanın ən böyük hüquqşünas tələbə təşkilatıdır. Azərbaycan isə ELSA təşkilatına 2010-ci ildə üzv seçilib və hazırda təşkilatın ən aktiv üzvlərindən biridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti