Düz bağırsağında narkotik keçirmək istədi

Düz bağırsağında narkotik keçirmək istədi
  03 Avqust 2015    Oxunub:1627
Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları - Samit Baxşiyev və Fizuli Əmənov birlikdə piyada yolla İrandan Azərbaycana gələrkən onların üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı F.Əmənovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bağlamada ümumi xalis çəkisi 56,396 qram olan narkotik vasitə - heroin, 1 ədəd bağlamada xalis çəkisi 2,47 qram olan narkotik vasitə - həşiş və ümumi sayı 29 ədəd həb şəklində olan narkotik vasitə - metadon aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.


Teqlər:  





Xəbər lenti