Düşməni məhv edən hərbçilərimiz danışdı - VİDEO

Düşməni məhv edən hərbçilərimiz danışdı - VİDEO
  18 Aprel 2015    Oxunub:3013
Son vaxtlar təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribat cəhdlərinin sayı artıb.Ancaq Azərbaycan ordusunun hərbçiləri bu cəhdlərin qarşısını qəhrəmanlıqla alır və düşmənə layiqli cavabını verirlər.
Nəticədə düşmən itki verərək geri çəkilməyə məcbur qalır.Hörmətli oxucular, belə təxribat cəhdlərinin qarşısını alarkən xüsusi qəhrəmanlıq və şücaət göstərən əsgərlərimizdən biri - Fərayib Dadaşovu, hərbçi yoldaşlarını və onun xidmət etdiyi hərbi hissəni sizə təqdim edirik.

Təxminən bir ay əvvəl idi. Ermənilər növbəti təxribatlarından birini həyata keçirməyi planlaşdırırdı.Səhər saat 8 radələrində baş vermiş döyüşdə ordumuz düşmənə ağır zərbə vurdu, 20-dək erməni hərbi qulluqçusu məhv edildi.

Əsgər Fərayib Dadaşov erməniləri hərəkətə keçdiyi anda sezmiş və xəbər vermişdi.

Siqnaldan sonra döyüş vəziyyətinə hazır olan əsgərlər düşmənə sarsıdıcı zərbə endirdilər.

Ermənilərin hücum planı bir neçə saatda məhv edildi. Təşvişə düşən işğalçı ordusu geri çəkilməyə məcbur olmuşdu.

İster gecə, istər gündüz olsun düşmənin təxribatı baş tutmur. Ordumuzun ayıq sayıqlığı və yüksək döyüş hazırlığı ermənilərin istənilən hücumunun qarşısını alır, hədəf məhv edilir və ya geri, çəkilməyə məcbur olur.




Teqlər:





Xəbər lenti