Düşmən ordusu yenə itki verdi

Düşmən ordusu yenə itki verdi
  02 Sentyabr 2015    Oxunub:2472
Ermənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini bəyan edib.
AzVision.az ans press-ə istinadən xəbər verir ki, erməni mətbuatı erməni hərbçiləri ilə azərbaycanlı hərbçilər arasında vəziyyətin gərginləşdiyini yazıb.

Bildirilib ki, atəşkəsin pozulması zamanı qondarma Dağlıq Qarabağ Respublikasının ordusu itki verərək geri çəkilməli olub. Ermənistan saytları həlak olanlardan birinin adını da açıqlayıb.

"Silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan həlak olub. Bundan başqa, daha bir zabitin öldüyü bildirilir. Lakin hələlik onun kimliyi bəlli deyil", - deyə erməni mətbuatı öz itkiləri haqqında məlumat yayıb.

Yazının sonunda iki gün əvvəl kəşfiyyatçı dəstənin komandirinin öldürülməsi də xatırlanıb: "Daxil olan məlumata görə, iki gün əvvəl azərbaycanlı snayper kəşfiyyatçı dəstənin Yezid Həsən ləqəbli komandirini öldürüb." Qeyd edilib ki, Yezid Həsən cəbhənin həmin hissəsində uzun müddət kəşfiyyat aparıb.


Teqlər:  





Xəbər lenti