Düşmən ordusu itkilər verdi

Düşmən ordusu itkilər verdi
  01 Mart 2015    Oxunub:2025
Ermənistan ordusu cəbhə xəttində ağır itki verib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, fevralın 28-də saat 14.25 radələrində cəbhə xəttinin şimal-qərb istiqamətində Ermənistan və Azərbaycan ordusunun bölmələri arasında baş vermiş atışma nəticəsində 2 erməni hərbçi ölüb. Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.

Qeyd edək ki, bu gün səhər saatlarında təmas xəttində baş vermiş atışma zamanı 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.


Teqlər:  





Xəbər lenti