Düşmən atəşkəsi pozmaqda davam edir

Düşmən atəşkəsi pozmaqda davam edir
  26 İyun 2016    Oxunub:1202
Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti