Dünyanın ən dəhşətli zəlzələləri... - FOTOLAR

Dünyanın ən dəhşətli zəlzələləri... - FOTOLAR
  27 Aprel 2015    Oxunub:5906
Nepalda baş verən 7,9 bal gücündə zəlzələ son 80 ilin ən güclü zəlzələsi kimi tarixə keçdi.
Musavat.com-un məlumatına görə, baş verən dəhşətli zəlzələ dünya tarixində yaşanan ən dəhşətli zəlzələləri bir daha ağıllara gətirib.

1999-cu ildə qardaş Türkiyədə baş verən zəlzələ ölkəmizdə ürəkağrısı ilə anılır. Mərkəzi Gölcük rayonunda olan zəlzələ 7.5 bal gücündə idi və 17 min 480 nəfərin ölümünə yol açdı. Türkiyədə baş verən zəlzələdə yaralananların sayı 23 min 781 nəfər idi. Qardaş ölkədə baş verən zəlzələ 505 nəfəri fiziki qüsurlu etdi.

ABŞ Zəlzələ Araşdırma İnstitutu Nepalda baş verən zəlzələdən sonra 1900-cü ildən üzübəri baş verən ən dəhşətli zəlzələlərin siyahısını təqdim edib.

Siyahıda ilk yer Alyaskada baş verən zəlzələyə verilib. 28 martda meydana gələn zəlzələ 9.5 bal gücündə olub. Rəsmi rəqəmlərə görə, zəlzələdə 3, ardından meydana gələn sunamidə 128 nəfər ölüb.

2004-cü ilin 26 dekabrında isə Hind okeanında 9.1 bal gücündə zəlzələ olub. Rəsmi rəqəmlərə görə, Zəlzələnin yaratdığı sunamidə 230 min nəfər həyatını itirib.

Zəlzələlər ölkəsi Yaponiya da siyahıda öz yerini alıb. 4 il əvvəl meydana gəlmiş, hələ də yaddaşlardan silinməyən sunami 18 min sakinin ölümünə yol açmışdı. Yaponiyada 2011-ci ilin 11 martında baş verən zəlzələ 9.0 bal gücündə olmuşdu.

1952-ci ilin 4 noyabrında Rusiyanın Kamçatka yarımadasında baş verən zəlzələ də 9.0 bal gücündə olub. Lakin təbii fəlakət zamanı ölüm-itim halı qeydə alınmayıb.

27 fevral 2010-cu il: Zəlzələnin şiddəti 8.8, baş verdiyi yer Çili... Zəlzələdən sonra sunami baş verib. Rəsmi rəqəmlərə görə, 520 nəfər bu təbii fəlakətin qurbanı olub.

1906-cı ilin 31 dekabrında Ekvadorda baş verən 8.8 bal gücündə zəlzələdə isə 500 nəfər həyatını itirib.

Alyaskada isə 4 fevral 1965-ci ildə 8.7 bal gücündə zəlzələ baş verib. 11 metr yüksəklikdə sunamiyə yol açan zəlzələdə ölən olmayıb.

İndoneziyada baş verən zəlzələ 28 mart 2005-ci ilə təsadüf edir. Rəsmi məlumatlara əsasən, 8.6 bal gücündəki zəlzələdə 300 nəfər ölüb.

780 nəfər isə həyatını Tibet zəlzələsində itirib. 1950-ci ilin 15 avqustunda baş verən zəlzələ 8.6 bal gücündə olub.

2012-ci ilin 11 aprelində İndoneziyada meydana gələn 8.6 bal gücündə zəlzələdən sonra 25 yaşayış bölgəsi sunami xəbərdarlığına görə təxliyə edilib.

1957-ci il martın 9-da Alyaskanın Andreanof adalarında 8.6 bal gücündə zəlzələ meydana gəlib. Zəlzələ 16 metrlik sunamiyə səbəb olsa da, can itkisi olmayıb.

İndoneziyada daha bir güclü zəlzələ isə 2007-ci ilin 12 sentyabrında olub. 8.5 ballıq zəlzələdə azı 25 nəfər ölüb.

1938-ci il fevralın 1-də Banda dənizində (İndoneziya) 8.5 bal gücündə zəlzələ olub. Bu təbii fəlakət zamanı ölən olmasa da, zəlzələdən sonra sunami baş verib.

3 fevral 1923-cü ildə Rusiyanın Kamçatka yarımadasında 8.5 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində ölən olmayıb.

1922-ci ilin 11 noyabrında Çilinin Argentina sərhədində meydana gələn zəlzələnin gücü də 8.5 bal olub. Sunamiyə yol açan zəlzələ dağıntılara səbəb olub.

13 oktyabr 1963-cü ildə Rusiyanın tərkibində olan Kuril adalarında 8.5 bal gücündə zəlzələ baş verib. Zəlzələ can almasa da, sunamiyə yol açıb.

Qalereya




Teqlər:





Xəbər lenti