Dünyanın məşhur KİV-ləri Mehriban Əliyevadan yazdı

Dünyanın məşhur KİV-ləri Mehriban Əliyevadan yazdı
  22 Fevral 2017    Oxunub:11914
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

AzVision.az xəbər verir ki, BBC, Associated Press, Bloomberg, Daily Mail, “Time”, France24, “Financial Times”, EFE, TASS, “RİA Novosti”, Interfax, Anadolu, Belta, TRT, CNN TÜRK, “Hürriyet”, “Milliyet”, “Arabnews”, “Vesti”, RBK, REN TV “Unian.net” kimi populyar KİV-lər Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə əlaqədar informasiyalar yayıblar.

Bununla bağlı xəbər, həmçinin dünyanın 35 ölkəsinin 44 informasiya agentliyini birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) saytında yerləşdirilib.

Yayılan informasiyalarda Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir.

AzVision.az


Teqlər:





Xəbər lenti