Dünyada ilk uçan maşın – FOTOLAR

Dünyada ilk uçan maşın – FOTOLAR
  31 Oktyabr 2014    Oxunub:12134
Avstriyada dünyada ilk dəfə uçan avtomobil nümayiş etdirilib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, avtomobil “AeroMobil 3.0” adlanır.

Aeromobil kənardan idman maşına bənzəyir. Onun yığılan qanadları var və paraşütlə təchiz edilib. Ona görə də avtomobili yalnız pilotlar idarə edə bilər. Uçan avtomobil saata 160 kilometrə qədər sürətlənə bilər. Maşın bir saata 8 litr benzin yandırır.

Unikal avtomobil AeroMobil (Slovakiya) şirkəti tərəfindən yaradılıb. Şirkət hələ ki maşınların kütləvi istehsalı prosesi barədə düşünmür. “AeroMobil 3.0”-in qiymətinin “superkar”dan baha balaca motorlu təyyarədən ucuz olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti