Dünyada ilk cinayəti törədən tapıldı

Dünyada ilk cinayəti törədən tapıldı
  28 May 2015    Oxunub:2038
Dünya tarixində ilk cinayət hadisəsi 430 min il bundan öncə baş verib.
AzVision.az “ PLoS One” jurnalına istinadən xəbər verir ki, bu barədə alimlərin İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında apardığı araşdırma deməyə əsas verir. Paleontoloqların araşdırması zamanı qalıqlar arasında 52 parçanın toplanması ilə kəllə sümüyü meydana gəlib.

Belə ki, tapılan sümüklər üzərində təhqiqatlar göstərir ki, ilk cinayət əmək üçün düzəldilən alətlə bir şəxsin digərini alın nahiyəsinə ağır zərbə vurmaqla törədilib.

Arxeoloq, Nevada ştatının alimi Debra Martin bildirib ki, isrəli sürülən iddiaya qarşı çıxmaq çox çətindir: “Biz tarixin dərinliyinə getdikcə yeni faktlar ortaya çıxır. Hesab edirəm ki, cinayət hadisəsi mədəniyyətlərin formalaşdığı vaxtdan əvvəl olub”.

Madriddəki institutlardan birində tədqiqat qrupunun rəhbəri Nohemi Sala məsələ ilə bağlı açıqlamasında deyib ki, kəllənin məxsus olduğu insanın zorakılıq nəticəsində öldüyü düşünülür: "Çünki kəllə sümüyündə təqribən eyni yerdə olan çatlar təsadüf ola bilməz. Həmçinin, iki dərin çatın ətrafında heç bir sağalma izinə rast gəlinmədiyi üçün belə qənaətə gəlmək olar ki, qurban zərbə aldıqdan dərhal sonra ölüb.

Bundan başqa, 28 nəfərə aid qalıqların mağaradakı dərin bir quyunun içində şaquli şəkildə olması 430 min il əvvəlki insanların meyitlərini bir araya toplamaq kimi ənənənin ola biləcəyini ortaya qoyur".

AzVision.az


Teqlər:





Xəbər lenti