Dünya şöhrətli alimimizlə görüş olacaq

Dünya şöhrətli alimimizlə görüş olacaq
  27 Sentyabr 2016    Oxunub:3032
Sentyabrın 28-də, saat 14:00-da Qərb universitetində dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş təşkil olunacaq.

“Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.

Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi kiçik Nobel mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.

1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

Ünvan: İstiqlaliyyət küç.31
Əlaqə: (012) 492-61-63, (050) 999-1991



Teqlər:





Xəbər lenti