Dünya liderləri onun qarşısında diz çökdü - FOTO

Dünya liderləri onun qarşısında diz çökdü - FOTO
  26 Sentyabr 2016    Oxunub:5144
İngiltərə kral ailəsinin ən kiçik nümayəndəsi olan 3 yaşlı şahzadə Georgenin adı dünya liderləri ilə birikdə hallanır.
AzVision.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, 3 yaşlı şahzadə dünya KİV-lərinə “dünya liderlərini diz çökdürən uşaq” kimi təqdim olunur.

Balaca George ailəsi ilə birlikdə iştirak etdiyi tədbirlərdə xarici ölkələrin siyasi lideləri ilə görüşür.

Şahzadə Vilyam və Katerina Midleton bu yaxınlarda Kanadaya ziyarət ediblər. Səfər zamanı 16 aylıq qızları şahzadə Şarlotta və 3 yaşlı Georgeni də onlarla birlikdə olub.

Kanadanın baş naziri Castin Trudeunun balaca George ilə görüşərək qarşısında diz çöküb. Bu görüntü mətbuatından diqqətindən yayınmayıb. Bu xəbər mətbuatda “3 yaşlı şahzadə baş naziri diz çökdürdü” adı ilə manşetlərdə yer alıb.
Qeyd edək ki, bu ilin aprel ayında ABŞ prezidenti Barak Obama da şahzadə ilə görüşündə onun qarşısındaa əyilərək həmsöhbət olmuşdu.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti