Dünya Bankı Ermənistan büdcəsini xilas edir

Dünya Bankı Ermənistan büdcəsini xilas edir
  20 Noyabr 2014    Oxunub:1513
Dünya Bankı Ermənistana 75 milyon dollar həcmində büdcə krediti ayıracaq.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Ermənistan və Beynəlxalq rekonstruksiya və inkişaf Bankı (Dünya Bankının strukturu) arasında “Siyasi inkişaf üzrə ikinci kredit” sazişi maliyyə naziri Qaqik Haçatryan və Dünya Bankının Ermənistan ofisinin direktoru Lauro Beyli imzalayıb.

Kredit 25 illik müddətə verilib. Krediti əldə etmək üçün Ermənistan biznes-atmosferinin yaxşılaşdırılması, hava daşımaları, və gömrük kimi sahələrdə islahatlar aparıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti