Dünənin həsəd aparanları və bu günün qartalları Esse

Dünənin həsəd aparanları və bu günün qartalları Esse
  31 Avqust 2015    Oxunub:2432
Qədim zamanlarda insanlar səmada sərbəst uçan quşlara baxıb həsəd aparırdılar. Insanların göyləri ilk fəth etmə cəhtləri uğursuz və gümansız idi. Hətta bəzən təhlükəli və riskli də olurdu.

İki-üç nəslin gözləri önündə, sadəcə yerdən aralanma cəhtləri ilə başlayaraq, insanı kosmosa qədər apardı. Buludlar üzərindəki uçuşlar isə adi bir hala çevrildi.

Bugun hava təkcə nəqliyyat vasitəsi deyil, həmdə idman yarışmaları zonasıdır.

Bu il pilotlarımız idman uçuş lisenziyaları alıblar və artıq sabahdan beynəlxalq yarışlarda iştirak edə bilərlər.

Paraplanirizm və Deltaplanirizm hələ gənc idman növləridir, Azərbaycana isə cəmi 3 il öncə gəlib. Təşəbbüscülər Fairex-in dəstəyi ilə bu il ərzində məşq bazasını yarada biliblər və uçuş texnikasını almağa nail olublar. Demək olar ki, hər həftə Rockstone, Gilavar və Simurq klubları tərəfindən məsqlər keçirilir. Hava idman növləri məktəbinin yaradılması planlaşdırılır..

Bizə isə bu idman növünə güclü inkişaf və hər zaman rahat eniş arzu etmək qaldı.

Camal Kaşkay

Qalereya




Teqlər:





Xəbər lenti