Dumanlı hava AZAL-a təsir etməyib

Dumanlı hava AZAL-a təsir etməyib
  18 Aprel 2015    Oxunub:1157
Bakıda müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib.
AzVision.az xəbər verir ki, bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Məhərrəm Səfərli bildirib ki, heç bir aviareys təxirə salınmayıb və bütün uçuşlar cədvələ uyğun həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti