Dövlət yanğında maşınlara dəyən ziyanı ödəyəcək

Dövlət yanğında maşınlara dəyən ziyanı ödəyəcək
  22 May 2015    Oxunub:2059
“Yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bərpası üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək”.
Bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.

Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən A.Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb: "Onların sağlıq durumu Səhiyyə Nazirliyi və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə onların hamısı tezliklə xəstəxanadan buraxılacaq".

Baş nazirin müavini onu da qeyd edib ki, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur. (Apa)


Teqlər:  





Xəbər lenti