Dövlət qurumlarında “ASAN xidmət” standartları tətbiq ediləcək

Dövlət qurumlarında “ASAN xidmət” standartları tətbiq ediləcək
  01 May 2016    Oxunub:4254
“ASAN xidmət” mərkəzlərinin şəffaflıq standartları dövlət orqanlarında tətbiq ediləcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2016-2018-ci illərdə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir. (Apa)


Teqlər:  





Xəbər lenti