Dövlət qurumları 3 min işçi axtarır

Dövlət qurumları 3 min işçi axtarır
  09 Fevral 2016    Oxunub:3510
“Azərbaycan Dəmir Yolları” işçi qəbuluna başlayıb.
AzVision.az- ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, artıq 300 nəfər işə qəbul olunub. Mart ayına qədər daha 1700 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub:

“Bu 2 min nəfər bizim İnfrastruktur Departamentində işləyəcəklər. Əsasən fəhlə işləridir, yollarda təmirlə məşğul olacaqlar. Amma bir şərt var. İşə qəbul olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmək və ordan təqdim etmək lazımdır”.

Bundan başqa `Azərsu` ASC də işçi qəbulu həyata keçirir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum 1200 nəfərin işə götürülməsini planlaşdırır:

“İşə qəbul həm Bakı, Sumqayıt və Abşeronda, həm də regionlarda olacaq. Artıq son məlumata görə, 300 nəfər işə götürülüb. Onların hamısı əmrləşdirilib və elektron işə qəbul portalına işlənib”.


Teqlər:  





Xəbər lenti