Dövlət qulluğuna imtahanın test mərhələsi başa çatdı

Dövlət qulluğuna imtahanın test mərhələsi başa çatdı
  25 İyul 2014    Oxunub:740
1, 23, 30 aprel, 20 may və 13 iyun tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 89 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 937 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2427-i (32,96%) qadın namizəd olmaqla 7364 namizəd qeydə alınıb. Qeydə alınan 7364 namizədin 75,62%-ni gənclər təşkil edib. Namizədlərdən 2611 nəfəri (bütün namizədlərin 35,46%-i) test imtahanında iştirak etməyib.

Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 387-si (29,23%) qadın namizəd olmaqla 1371 nəfəri (bütün namizədlərin 18,62%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 78,77%-ni gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 359 nəfəri 5-ci təsnifat, 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 245 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib. Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Dövlət Sosial Müdafiə Fondu (qeydə alınmış 790 namizəddən 231 nəfəri), İqtisadiyyat və Sənaye Nazirliyi (qeydə alınmış 610 namizəddən 109 nəfəri), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (qeydə alınmış 795 namizəddən 83 nəfəri), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (qeydə alınmış 407 namizəddən 70 nəfəri) olub.

Müsabiqənin müsahibə mərhələsi iyunun 12-dən etibarən başlayıb. Bu günə kimi müsahibə mərhələsində iştirak etmək üçün 474 qeydiyyatdan keçib. Müsahibədə iştirak etmək üçün namizədlərin qeydiyyatı davam edir. Qeydə alınan 474 namizəddən 26 nəfəri müsahibədə iştirak etməyib. Namizədlərdən 178-i müsahibədən uğurla keçib, 270-i vəzifəyə uyğun hesab edilməyib. Artıq 26 dövlət orqanı üzrə müsahibə başa çatıb.

Nihadə


Teqlər:





Xəbər lenti