Dövlət komitəsi 2-3 minə maşın satır

Dövlət komitəsi 2-3 minə maşın satır
  17 Aprel 2015    Oxunub:2073
Mayın 12-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək.
AzVision.az-ın ƏMDK-ya istinadən verdiyi məlumata görə, hərraca istehsal ili 1981-ci ildən 2006-cı ilə qədər olan 4 maşın çıxarılacaq.

Bunlardan birinin – “BMW 730 Lİ” markalı minik avtomobilinin start qiyməti 9339 manatdır. Maşın 2006-cı ilin buraxılışıdır.

Digər 3 avtomobilin qiyməti isə 2200-2600 manat civarındadır. Söhbət 1981-ci və 1982-ci ilin istehsalı olan “QAZ-14”lərdən (qiymətləri müvafiq olaraq 2522 manat və 2610 manat), eləcə də qəzalı vəziyyətdə olan 2005-ci il buraxılış “Mitsubishi L-200”dən (qiyməti 2246 manat) gedir.

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vədiqəsi ilə birlikdə mayın 9-na qədər qədər hərrac komissiyasına təqdim etmək lazımdır.

HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.


Teqlər:  





Xəbər lenti