Dövlət Komissiyasının tərkibi dəyişdi - Sərəncam
- “Mahmud Kərimov” sözləri “Akif Əlizadə” sözləri ilə, “Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə, “Fuad İsmayılov” sözləri “Qalib İsrafilov” sözləri ilə, “Siyavuş Azakov – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi” sözləri “Vüqar Hüseynov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz edilsin və həmin sözlərdən sonra “Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin;
- “Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri” sözlərindən sonra “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” və “Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri” sözləri, “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri əlavə edilsin.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişikliklər barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə bildiriş göndərmək tapşırılıb.
AzVision.az