Dövlət qulluğuna yeni qəbul qaydaları hazırlanıb - (VİDEOXƏBƏR)

Dövlət qulluğuna yeni qəbul qaydaları hazırlanıb - (VİDEOXƏBƏR)
  14 Fevral 2017    Oxunub:3125
“Dövlət qulluğuna qəbulla bağlı qaydalar Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, dövlət qulluğun qəbul prosedurlarının çevik olması, müasir əmək bazarında olan tələblərə cavab verməsi və bu prosesin uğurla davam etməsi vacib məsələdir.

“Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı qayadaları hazırda hökumətə təqdim olunub. Qaydalar hələlik təsdiq olunmayıb. Biz bizdən asılı olan addımları atmışıq. Qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək”.

M.Abbaszadə bildirib ki, imtahanlarla bağlı ictimaiyyət üçün iki cədvəl veriləcək: “Birində bütün qəbul imtahanları, digərində isə dövlət qulluğu imtahanlarının tarixlərinin əks olunduğu cədvəl əks olunacaq”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti