Dörd ölkənin gəncləri Gəncədə - Fotolar

Dörd ölkənin gəncləri Gəncədə - Fotolar
  28 Sentyabr 2016    Oxunub:2426
Gəncə şəhərinin “2016-cı il üçün Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər çərçivəsində "Türk Şurasının Gənclər Festivalı" keçirilir.
AzVision.azxəbər verir ki, festivala Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan nümayəndə heyəti qatılıb. Qətərdən olan nümayəndə heyəti isə festivalda qonaq qismində iştirak edir.



Festivalı giriş sözü ilə açıq elan edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ömer Kocaman bildirib ki, festival çərçivəsində gənclər sahəsində əməkadşlıq məsələləri müzakirə olunacaq və qarşılıqlı təcrübə mübadiləsi aparılacaq. Bundan başqa yaradıcı gənclərin iştirakı ilə konsert proqramı, gənc fotoqrafların sərgisi və milli mətbəx gecəsi keçiriləcək.



Festival çərçivəsində iştirakçılar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini əks etdirən filmə tamaşa ediblər. Qeyd edək ki, Türk Şurasının Gənclər Festivalı sentyabr ayının 30-na kimi davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti