Donuz ferması ilə bağlı Şeyxə ŞİKAYƏT

Donuz ferması ilə bağlı Şeyxə ŞİKAYƏT
  25 İyul 2014    Oxunub:1869
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsi vətəndaşlar tərəfindən QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış suallara cavab verib.
QMİ-dən AzVision.az-a verilən məlumata görə, şeyxə Xəzər rayonu Binə qəsəbəsindəki donuz fermasının yığışdırılması ilə bağlı şikayət edilib:

“Biz Xəzər rayonu Binə qəsəbəsində “südçülük sovxozu” adlanan ərazidə yaşayırıq. Bizim şikayətimizə heç kim baxmır. Şikayətimiz ondan ibarətdir ki, yaşadığımız evlərimizin yanında donuz ferması yaradıblar.

Bu mübarək ayda oruc tuturuq, amma dinimizdə haram edilən donuzun iyindən tutduğumuz oruc batil olur. Evdə qoxudan oturmaq mümkün deyil. Yayın istisindən oturmaq mumkun deyil.

Sahibi kimdir, bilmirik. Biz bu üfunətdə yaşaya bilmirik. Gecə-gündüz iydən dayanmaq mümkün deyil. Belə getsə, körpələrimiz infeksion xəstəliklərə duçar olacaq. Xahiş edirik, müsəlmanlara haram olan bu donuz ferması barədə bir məsələ qaldırasınız”.

Fətva Şöbəsi bu şikayətin onların səlahiyyəti çərçivəsində olmadıqlarını bildirib: “Çətinliyinizi anlayışla qarşılayırıq. Lakin bu şikayətə baxmaq bizim səlahiyətlərimiz çərçivəsinə daxil deyil. Bunun üçün əlaqədar orqanlara öz şikayətinizi bildirin.

Yeri gəlmişkən, donuzun iyindən oruc batil olmur. Allah oruc-ibadətlərinizi qəbul etsin”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti