Donetskdə kasset bombalardan istifadə edilib

Donetskdə kasset bombalardan istifadə edilib
  21 Oktyabr 2014    Oxunub:1570
Ukrayna hərbçiləri Donetsk vilayətində kasset bombalarından istifadə edib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Human Rights Watch” hüquq təşkilatının yaydığı hesabatda bildirilir.

“Ukrayna hökumət qüvvələri Donetsk şəhərinin yaşayış məntəqələrində kasset bombalarından istifadə edib. Yaşayış məntəqələrində Kasset silah-sursatlarından istifadə müharibə qaydalarını pozur və hərbi cinayət hesab olunur”, - deyə təşkilatın yaydığı bəyanatda vurğulanır.

Təşkilat bir həftə davam edən araşdırmalardan sonra bu qənaətə gəlib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti