Donetskdə bir gün - 34 ölü, 29 yaralı

Donetskdə bir gün - 34 ölü, 29 yaralı
  21 Avqust 2014    Oxunub:1179
Son sutka ərzində Donetsk ərazisində gedən döyüşlərdə 34 dinc sakinin öldüyü, 29 nəfərin yaralandığı bildirilir.
AzVision.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə açıqlama Donetsk Dövlət Administrasiyasının saytında yerləşdirilib.

Ukraynanın şərqində gedən döyüşlər başlayandan ümumilikdə 1748 nəfərin yaralandığı, 951 nəfərin öldüyü qeyd olunub.

Bundan başqa, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasına görə, son 24 saat ərzində separatçılara qarşı gedən döyüşlərdə 9 hərbçi ölüb, 22 yaralı var.


Teqlər:





Xəbər lenti