Donetskdə Rusiya tankları? – VİDEO

Donetskdə Rusiya tankları? – VİDEO
  16 Aprel 2014    Oxunub:930
Ukraynanın Donetsk vilayətinin Kramotorsk və Slavyansk şəhərlərinin küçələrində üzərində Rusiya bayraqları olan zirehli maşınlar peyda olub.
İnternetdə bunu sübut edən videolar da yayılıb. Zirehli maşınların separatçılar tərəfindən ələ keçirildiyi bildirilir. İlkin xəbərə görə, bu texnikalar separatçılar tərəfindən adıçəkilən şəhərlərə antiterror əməliyyatı keçirmək üçün daxil olan hərbçilərdən qənimət kimi ələ keçirilib.

Ukrayna Müdafiə Nazirliyi isə bu məlumatları təkzib edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Boqdan Senik bildirib ki, sözügedən şəhərlərdə Rusiya tanklarının mövcudluğu və zirehli texnikanın federallaşma tərəfdarları tərəfindən ələ keçirilməsi ilə bağlı yayılan foto və video materiallar saxtadır.

O əlavə edib ki, videodakı texnikanın eləcə də yolda hərəkət edən avtomobillərin nömrə nişanları pozulub.

Bundan başqa səhər saatlarında isə Donetsk şəhər Şurası naməlum şəxslər tərəfindən mühasirəyə alınıb. Hazırda binanı ələ keçirən bu şəxslərlə danışıqlar aparılır.





Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti