Donald Tramp prezidentliyə tək namizəd qaldı

Donald Tramp prezidentliyə tək namizəd qaldı
  05 May 2016    Oxunub:2357
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyinə namizəd olan Ohayo ştatının qubernatoru Con Keysik seçki kampaniyasını dayandırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılardan Donald Trampın yeganə rəqibi olan Con Keysik qərarını bugün rəsmi şəkildə elan edib.

Seçki kampaniyası ərzində C. Keysik yalnız Ohayoda 153 nümayəndə səsi toplayaraq qalib ola bilib. Namizədliyini irəli sürmək üçün lazım olan 1237 səsi toplaya bilməyən qubernator geri addım atıb.

Onun mübarizəni dayandırmasından sonra Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə tək namizəd statusunu daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti