Dolu və yağış Gəncəyə də ziyan vurub

Dolu və yağış Gəncəyə də ziyan vurub
  30 May 2016    Oxunub:1314
Güclü külək və yağış Gəncə şəhərində fəsadlar törədib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, güclü yağış Gəncənin Zülfi Hacıyev küçəsini sel sularına qərq edib, avtomobillərin və piyadaların hərəkətində çətinliklərə səbəb olub. Bəzi evlərə ziyan dəyib.

Təbii fəlakət şəhərin Rüzgar Qasımov küçəsində isə ağacı evin üzərinə aşırıb. Çinar ağacının ziyan vurduğu evdə yaşayış olmadığından xəsarət alan olmayıb.

Mayın 29-u axşam saatlarında müşahidə edilən güclü külək şəhərin bəzi ərazilərinin elektrik enerjisi ilə təminatında da fasilələr yaradıb.

Dünən Gəncəyə yağan güclü yağış və dolu şəhərin Gülüstan yaşayış massivində yaşayan sakinlər üçün də ciddi problemlər yaradıb. Güclü küləyin əsməsi nəticəsində işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.

Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti