Dollar yenə ucuzlaşdı

Dollar yenə ucuzlaşdı
  28 Aprel 2015    Oxunub:1525
Bu gün aprelin 27-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 28-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0498 manata düşüb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0023 manat və ya 0,2% bahalaşaraq 1,1419 manat olub.

AzVision.az


Teqlər:





Xəbər lenti