Dollar və avro yenə ucuzlaşdı

Dollar və avro yenə ucuzlaşdı
  02 Mart 2015    Oxunub:3325
Azərbaycanda dollar və avronun məzənnəsi cüzi ucuzlaşıb.
Mərkəzi Bankdan AzVision.az-a verilən məlumata görə, bu gün üçün müəyyənləşdirilmiş məzənnəyə əsasən, 1 dollar 1,0496 manat olub.

Qeyd edək ki, ötən gün 1 dolların məzənnəsi 1,0498 manat olub.

Avro da manata nisbətən ucuzlaşıb. Onun məzənnəsi 1.1733 manat təşkil edir. Ötən gün isə bu göstərici 1771 olub.

Xatırladaq ki, fevralın 21-dən bu günədək dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,950 təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti