Dollar ucuzlaşdı, avro bahalaşdı

Dollar ucuzlaşdı, avro bahalaşdı
  30 İyun 2015    Oxunub:2616
Bu gün iyunun 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
"AzVision.az"ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 30-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0008 manat və ya 0,08% ucuzlaşaraq 1,0483 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0175 manat və ya 1,51% bahalaşaraq 1,1733 manat olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti