Dollar bahalaşdı

Dollar bahalaşdı
  28 Avqust 2015    Oxunub:1869
Bu gün avqustun 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 28-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% artaraq 1,0479 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,008 manat və ya 0,67% azalaraq 1,1805 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti