Doğum evindəki məktəbin taleyi necə olacaq?

Doğum evindəki məktəbin taleyi necə olacaq?
  05 May 2016    Oxunub:2066
Şəkinin Baş Zəyzid kənd məktəbinin doğum evinə köçürülməsi mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Mövzu ilə bağlı etirazlar və ironik paylaşımlar yenidən diqqəti bu məsələ yönəldib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, adıçəkilən məktəb üçün yeni bina tikiləcək. Hazırda bu istiqamətdə iş aparılır.

Nazirlikdən bildirilib ki, Şəki rayonunun Baş Zəyzid kəndindəki 624 şagird yerlik tam orta məktəbin tikintisi üçün Nazirlər Kabinetinə təklif verilib.Maliyyələşməsi təsdiq edildikdən sonra tikintiyə başlanacaq.

Qeyd edək ki, Baş Zəyzid tam orta məktəbinin binası tam qəzalı vəziyyətdə olduğundan şagirdlər məcburən müxtəlif uyğunlaşdırılmış binalarda dərs keçməli olurlar. Dərslərin müxtəlif binalarda keçirilməsi, dərs deyən 116 müəllim üçün də problem yaradır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti