Dini mətbuat orqanları yaratmaq çətinləşdi

Dini mətbuat orqanları yaratmaq çətinləşdi
  06 Oktyabr 2015    Oxunub:1677
Azərbaycanda bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyini almaq lazım olacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) edilməsi təklif olunan əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.

Qanuna edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti