Dini komitədə rəhbər dəyişikliyi - Yeni təyinat

Dini komitədə rəhbər dəyişikliyi - Yeni təyinat
  03 Avqust 2015    Oxunub:4351
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni kadr təyinatı olub.
“Report”un xəbərinə görə, Oqtay Hüseynov Aparat rəhbəri vəzifəsindən çıxarılıb. Onun yerinə isə Alim Süleymanov təyin edilib.

Alim Əli oğlu Süleymanov bu təyinata qədər DQİDK-də Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Süleymanov 22 sentyar 1955-ci ildə Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-1983-cü illərdə təyinatla Zəngilan rayonu Mincivan qəsəbə səkkizillik məktəbində tarix müəllimi işləyib. 1983-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində laborant, kabinet müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim vəzifəsində çalışıb, Universitet Elmi Şurasının üzvü olub. 1986-1990-cı illərdə BDU-da aspiranturada qiyabi təhsil alıb. 1997-2000-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutu “Humanitar fənlər” kafedrasında, 2000-2014-cü illərdə ADİU-nun “Azərbaycan tarixi “ kafedrasında baş müəllim işləyib. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin iyul ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.


Teqlər:  





Xəbər lenti